Əmlak vergisi: Vergi dərəcələri

Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

  • Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir);

    Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)
    Bakı 0.4
    Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0.3
    Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0.2
    Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0.1

    Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıda gösətrilən cədvələ uyğun müəyyən edilir:

    Bakı şəhəri üzrə
    Zonalar Əmsallar
    11.5
    21.4
    31.3
    41.2
    51.1
    61.00
    70.95
    80.90
    90.85
    100.80
    110.75
    120.70
    Misal.

    Fiziki şəxsin Bakı şəhərinin mərkəzindəki mənzilinin sahəsi 73 kv.m-dir. Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən 30 kv.m vergi tutulmur, qalan sahədən isə, yəni 43 kv.m-dən hər kv.m-yə görə 0.40 AZN, və əgər müvafiq icra hakimiyyətinin qərarı ilə həmin ərazıdəki binalara 1.5 əmsalı tətbiq edilirsə, o zaman vergi belə hesablanacaq:

    43 * 0.40 * 1.5 = 25.80 AZN

  • su və hava nəqliyyatı vasitələrinə görə:
    • su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
    • hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
    • mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.

Müəssisələrin əmlak vergisi

Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Yazı sonuncu dəfə 2023-10-21 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!