Aksizin bəyan edilməsi və ödənilməsiAksizin bəyan edilməsi Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər. Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır. Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır. İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Aksizin ödənilməsi İstehsalçılar hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizləri növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. Ödəyicinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər sözügedən əməliyyatların aparıldığı vaxt ödənilir. Aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" AR Qanunu ilə müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir. Belə ki, "Tibbi sığorta haqqında" AR Qanununa əsasən:
Vergi ödəyicisi bəyannaməni və sığorta haqqını hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq göndərməli və ödəməlidir.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi, Maddə 191, 192 Tibbi sığorta haqqında AR Qanunu, Maddələr: 15-10.1.6, 15-10.1.7, 15-11.7, 15-11.8 Yazı sonuncu dəfə 2022-02-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!