Fiziki şəxslərin torpaq vergisiTorpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanılır. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır. Qeydiyyat. Bələdiyyə ərazisində yerləşən torpaq sahələrinə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə, qısamüddətli - on beş ilədək və uzunmüddətli - 15 ildən 99 ilədək müəyyən edilə bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir. Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur. Torpaq sahələri daşınmaz əmlak hesab edilir. Torpaq sahələri barədə mülkiyyət və ya istifadə hüquqları sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikiası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq icarəyə veriləndə icarəyəverən torpaq vergisi ödəyicisidirsə o, vergi məbləğini icarəçidən almalı və mülkiyyətçi kimi onu müvafiq büdcəyə ödəməlidir. İcarəyəverən torpaq vergisi ödəyicisi deyildirsə, icarəçi torpaq istifadəçisi kimi torpaq vergisini özü ödəməlidir. Fiziki şəxsin hər bir torpağ sahəsi yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır. Torpaq vergisinin dərəcələri. Kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır. Kənd təsərrüfatı torpaqlarının torpaq vergisini hesablamaq üçün torpaq sahəsinin hər bir hektarını əvvəlcədən müəyyən edilmiş şərti bala vurmaq lazımdır. Şərti bal kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla konkret olaraq müəyyən edilərək torpağın sənədində qeyd edilmişdir. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. Kənd təsərrüfatı torpaqlarının 1 hektarının şərti balı kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə AR Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 29 dekabr 2000-ci il tarixli 230 N–li Qərarı ilə müəyyənləşdirilmişdir. Həmin Qərara əsasən biçənəklər, örüşlər və otlaqlar üçün torpaqlar üzrə şərti bal müvafiq kadastr rayonlarının əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqlarının I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti balların 1/10-i miqdarında qəbul edilir.
Misal
Fiziki şəxsin mülkiyyətində Qazax rayonunda 2-ci keyfiyyət qrupuna aid olan 60 hektar əkin sahəsi və 1-ci keyfiyyət qrupuna aid 50 hektar örüş sahəsi vardır. Fiziki şəxsin torpaq vergisini hesablayaq: Qazax rayonunda 2-ci keyfiyyət qrupuna aid olan əkin sahəsi altındakı torpaqların 1 hektarının şərti balı 45-dir. 1-ci keyfiyyət qrupuna aid olan örüş sahəsi altındakı torpaqların 1 hektarının şərti balı isə 60-dir. Əkin sahəsinin torpaq vergisi - 60*45*0.06= 162 AZN Örüş sahəsinin torpaq vergisi * - 50*60/10*0.06= 18 AZN *Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir. Cəmi torpaq vergisi: 162 + 18 = 180 AZN Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.
Misal.
Qax rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 0.5 hektar torpaq sahəsinə görə torpaq vergisi aşağıdakı kimi hesablanacaqdır: (5 000/100) * 2 = 100 manat Kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər torpaqlar üzrə torpaq vergisi torpaq sahəsinin hər 100 kv.metrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla hesablanılır:
Yuxarıdakı cədvəldə göstərilən Abşeron rayonunun qəsəbə və kəndlərinə Xırdalan şəhəri, Qobu, Digah, Güzdək, Aşağı Güzdək, Saray, Hökməli, Ceyranbatan, Mehdiabad qəsəbələri və Masazır, Məmmədli, Novxanı, Goradil, Fatmayı, Pirəkəşkül, Qobustan kəndləri aiddir.
Misal.
Fiziki şəxsin Bakı və Sumqayıt şəhərlərində həyətyanı və bağ sahələrinin tutduğu torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 500 kv.m., Sumqayıt şəhərində isə - 300 kv.m. Fiziki şəxsin illik torpaq vergisi aşağıdakı kimi hesablanmalıdır: 0.6 * 500/100 + 0.5 * 300/100 = 4.50 AZN Torpaq vergisinin hesablanması və ödənilməsi. Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır. Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. Bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə "Tədiyə bildirişi" tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Torpağın alqı-satqısı üzrə əməliyyatın hansı tarixdə aparılmasından asılı olmayaraq torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi həmin torpağı almış fiziki şəxs tərəfindən ödənilir. Torpağın alqı-satqısı üzrə əməliyyat 15 avqust və 15 noyabr tarixlərindən sonra aparıldıqda, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin torpaq vergisi. Azadolmalar və güzəştlər. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
AR Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:
Əlavə güzəştlər: AR Prezidentinin sərəncamına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 203-208, 102.2 Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu Yazı sonuncu dəfə 2019-01-10 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!