İnventarizasiya cədvəllərinin tərtib edilməsi

Aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir.         

İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.

İnventarizasiya cədvəllərində aktivlərin artıqgəlmələri üzrə məbləğlər onların bazar qiymətlərinəəskikgəlmələri üzrə məbləğlər isə onların mühasibat uçotundakı qiymətlərinə müvafiq göstərilir.

İnventarizasiya cədvəllərində öhdəliklərin artıqgəlmələri və əskikgəlmələri üzrə məbləğlər onların aşkar olunmuş faktiki sənədlərinə uyğun göstərilir.

Müəssisənin balansında olan lakin məsuliyyətli mühafizəyə, icarəyə, yenidən emal olunmaq üçün digər təşkilatlara verilən aktivlər üzrə ayrıca inventarizasiya cədvəlləri tərtib edilir.

Müəssisənin balansında olmayan lakin məsuliyyətli mühafizədə olan, icarəyə götürülən, yenidən emal olunmaq üçün alınan aktivlər üzrə ayrıca inventarizasiya cədvəlləri tərtib edilir.

Müəssisənin balansında olan (məsuliyyətli mühafizədə olan, icarəyə götürülən, yenidən emal olunmaq üçün alınan), lakin müəssisəyə məxsus olmayan əmlaka (qiymətliyə) <>bayrıca inventarizasiya cədvəlləri tərtib edilir.

Yazı sonuncu dəfə 2019-02-12 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!