İstehsalat məsrəflərinin vergi uçotuİlk öncə onu qeyd edək ki, vergi uçotunda işlərin və xidmətlərin göstərilməsi zamanı gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılan məsrəflərə aid edilir. Qeyd: xərclər iqtisadi cəhətdən əsaslandırılmalı və sənədlərlə təsdiqlənməlidir. Sahibkarlıq fəaliyyəti yalnız əyləncə və ya sosial xarakteri daşıyan müəssisələrin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Hüquqi şəxs tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Misal.
Hüquqi şəxs ticarət fəaliyyəti və eyni zamanda da iri və xırda buynuzlu heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. AR Vergi Məcəlləsinin 106.1.14 maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı mənfəət vergisindən azaddır. Hüquqi şəxsin il ərzində ticarətdən gəliri 150 000 manat, kənd təsərrüfatından gəliri isə 50 000 manat təşkil etmişdir. Hüquqi şəxsin çəkdiyi 15 000 manatlıq bəzi xərclər hər iki fəaliyyət növünə aiddir və onların fəaliyyətlər növləri üzrə bölüşdürülməsi mümkün deyil. Bu səbəbdən də, AR Vergi Məcəlləsinin 108 maddəsinə əsasən, ilk öncə vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisini müəyyən etmək lazımdır: 150 000 / 200 000 = 75% Beləliklə, bölüşdürülməsi mümükün olmayan xərclərin gəlirdən çıxılan məbləği olacaqdır: 15 000 * 75% = 11 250 manat (bu məbləğ hüquqi şəxsin xərclərinə aid edilə bilər) Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. AR Vergi Məcəlləsi məsrəfləri maya dəyərinə daxil edilməsinə görə iki hissəyə ayırır:
Vergi uçotunda məhsulun dəyərinə onun istehsalı üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Lakin, aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və ümumi qaydada gəlirdən çıxılır. AR Vergi Məcəlləsinin 109-cu maddəsində maya dəyərinə daxil edilməyən xərclər əks olunur. Bu xərclərə:
Məhsul(iş, xidmət) istehsalı ilə bağlı olan digər bütün xərclər məhsulun maya dəyərinə daxil edilir. Mənfəət vergisi məqsədləri üçün xərclərin təsnifatı Kommersiya təşkilatlarının maliyyə hesabatlarında xərc maddələri bir neçə başlıq altında təsnifləşdirilmişdir.
Yuxarıda maliyyə hesabatlarında qeyd edilən xərclər Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq mənfəət vergisi bəyannaməsinin "Gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsindəki göstəricilərdə öz əksini tapır. Burada maliyyə hesabatlarında əks etdirilən xərclərin mənfəət vergisi bəyannaməsindəki xərc maddələrinə paylaşdırılmasının düzgünlüyü məsələsi ortaya çıxa bilər. Ümumiyyətlə, hazır məhsul istehsalı və satışı ilə məşğul olan hüquqi şəxsin mənfəət vergisinin bəyannaməsi tərtib edilərkən bəyannamənin "hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsində təqdim olunan xərc maddələri üzrə göstəricilərin maliyyə hesabatlarında təqdim olunan xərc maddələri üzrə göstəricilərə uyğunluğuna diqqət yetirilməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!