Akkreditiv üzrə əməliyyatlarAkkreditiv malları (xidmətləri, işləri) alan müəssisə aça bilər. Akkreditiv yalnız müəssisənin hesablaşma və ya valyuta hesabı olan bankda açıla bilər. Mühasibat uçotunda edilməli olan müxabirləşmələr akkreditivin növündən asılıdır. Akkreditiv üzrə əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə uçotda əks olunur:
Akkreditiv alıcının (pul ödəyənin) ərizəsi əsasında bank-emitent tərəfindən açılır. Hər bir bankda bu ərizə müstəqil formada tərtib edilir. Akkreditiv üzrə əməliyyatlara aşağıdakı misalda baxaq
Misal.
Təchizatçı MMC Müəssisə MMC-yə 01.04.2019 tarixli təchizat müqaviləsinə əsasən 120 AZN/ton qiymətinə 1 000 ton sement satır. Müqavilənin məbləği 120 000 manat təşkil edir. Müqaviləyə əsasən Müəssisə MMC bu məbləğə geri çağırılmayan akkreditiv (Irrevocable LC) açmalıdır. Bu akkreditiv növü vəsait alanın (Satıcının) razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməz. Bu akkreditiv Bankın (emitentin) digər tərəf qarşısında qəti öhdəliyini əks etdirir. Müqaviləyə əsasən akkreditiv 05.04.2018 tarixinə kimi açılır. Müqavilənin şərtlərinə əsasən pullar Təchizatçı MMC-nin hesabına, o banka sementin çatdırılmasını təstid edən sənədləri təqdim etdiyi təqdirdə köçürüləcəkdir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-21 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!