Bankda hesabın açılmasıHesablaşmaların aparılması üçün müəssisələr banklarda hesablar açırlar. Məqsədlərinə görə aşağıdakı hesablar açıla bilər:
Cari hesablar Cari hesab hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Bank hesabının aşılması üçün hüquqi şəxs (müəssisə) aşağıdakı sənədləri banka təqdim etməlidir:
Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşunasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar gəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir. Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir: Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə, onların dövlət qeydiyyatına alınanadək, müvafiq olaraq, nizamnamə, şərikli kapitallarının, habelə, paylarının ödənilməsi üçün açılır. Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır. Cari subhesablar Cari subhesablar hüquqi şəxslərə, onların regional fəaliyyətləri ilə əlaqədar, filial və nümayəndəlik statusu daşımayan yerli qurumlarına açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumların işçilərinin əməkhaqları, habelə, bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə, baş təşkilatın cari hesabına köçürülməlidir. Cari subhesabın açılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
Valyuta hesabı Valyuta hesabı- xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır. Valyuta hesabının açılması üçün banka hesabın ərizə və hesablaşma hesabının açılması üçün tələb olunan sənədlər təqdim olunur. Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə müvafiq olaraq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur. Onu da qeyd edək ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti çərçivəsində qeyri-rezident bankda və ya kredit təşkilatında hesab açarkən vergi orqanından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydləri özü aparmalı və bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etməlidir. Bank hesabı nömrələri Banklar tərəfindən bank hesabları rəsmiləşdirilərkən hesab nömrələri aşağıda qeyd edilən 28 simvoldan ibarət İBAN (International Bank Account Number) strukturu üzrə açılır:
Normativ-hüquqi aktlar:
"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları" Yazı sonuncu dəfə 2019-10-14 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!