Maliyyə nəticələriMaliyyə nəticələri - hesabat dövrü ərzində təsərrüfat fəaliyyətinin nəticəsi kimi müəssisənin kapitalının artması və ya azalmasıdır. Müəssisənin hesabat dövrü ərzində maliyyə nəticəsi ya mənfəət, və ya zərər ola bilər. Hesabat dövrünün mənfəəti(zərəri) hər ay uçotda əks olunan gəlirlərin və xərclərin fərqi ilə müəyyən edilir. Əgər hesabat dövründə qazanılan gəlirlər çəkilən xərclərdən çoxdursa, o zaman, müəssisə mənfəət əldə edir, əks halda - zərər. Maliyyə nəticələrinin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınır:
Gəlirlər - aktivlərin mədaxili nəticəsində iqtisadi səmərənin artması və (və ya) öhdəliklərin azalması nəticəsində müəssisənin kapitalının artmasıdır. Nizamnamə kapitalına təsisçilərin kapital qoyuluşundan başqa. Xərclər - aktivlərin məxarici nəticəsində iqtisadi səmərənin azalması və (və ya) öhdəliklərin yaranması nəticəsində müəssisənin kapitalının azalmasıdır. Nizamnamə kapitalından təsisçilərin pay qoyuluşunun azalmasından başqa. Ümumi mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 801 №li “Ümumi mənfəət (zərər)” hesabı açılır. Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə başa vurarsa aşağıdakı mühasibat yazılışları verilir:
Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vurarsa bu zaman 341 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-07-21 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!