Əmək haqqı və onun ödənilməsiƏmək haqqı işçilərə aşağıdakı formalarda verilə bilər:
AR Əmək Məcəlləsi, Maddə 174:
Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi
Mövcud qaydalara görə kassadan əmək haqqı üç gün müddətində ödənməlidir. Həmin vaxt bitdikdən sonra kassir əmək haqqını almayan hər bir şəxsin soyadı qarşısında "deponentləşdirilib" sözü yazır və ödəmə cədvəlini toplamaqla faktiki olaraq ödənilmiş və ödənilməmiş pul məbləğini cədvəldə əks etdirir. Üç gün ərzində ödənilməmiş pul məbləği bankdakı hesablaşma hesabına qaytarılır. "Deponent" qaydasında banka qaytarılan pul məbləği işçilərin tələbi əsasında bankdan alınır və ödənilir. Əmək haqqının ödənilməsi Ödəmə cədvəli və ya Hesablama-ödəmə cədvəli ilə həyata keçirilə bilər. Hesablama-ödəmə cədvəlinin tərtib olunmasında ilkin sənədlər olmaq etibarı ilə işçinin iş vaxtında iştirakı uçotu tabeli, əmək haqqı üzrə toplama cədvəli, mühasibat uçotunda əks olunmuş bütün əlavə ödənişlər, keçən ayın hesablaşma cədvəli, məhkəmə və digər orqanlar tərəfindən təqdim olunmuş icra vərəqələri, kassa sənədləri üzrə ödənmiş avanslar, məzuniyyət üzrə ödəmələr və əmək haqqının hesablanması ilə əlaqədar olan digər sənədlərdən istifadə olunur. Əmək haqqının ödənilməsi üzrə müxabirləşmələr aşağıdakı kimidir:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-12 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!