Mərhələ metodu ilə istehsala məsrəflərin uçotuMərhələ metodunda əsas istehsal məsrəflərinin uçotu müəssisədə 2 üsul ilə aparıla bilər: yarımfabrikatlı və yarımfabrikatsız. Məhsul istehsalının texnoloji prosesi müxtəlif mərhələlərə bölünə bilər. Belə olduqda, hər bir mərhələnin nəticəsi növbəti texnoloji mərhələdə istifadə və emal edilməlidir. Bu məhsullara yarımfabrikatlar deyilir. Belə müəssisələrdə nəinki hazır məhsul, həm də ilkin və aralıq yarımfabrikatlar kalkulyasiyanın оbyekti hesab оlunur. Mərhələ metоdunda məsrəflərin əksər hissəsi əvvəlcə sexlər yaxud mərhələ üzrə, sоnra isə оnların daxilində məhsul növləri üzrə uçоta alınıb sistemləşdirilir. Yarımfabrikatsız üsulda texnoloji prosesin müxtəlif mərhələlərində istehsal edilən məhsullar ayrı hesabda yarımfabrikat kimi uçota alınmırlar. Onlar bitməmiş istehsal kimi 202-ci hesabda uçota alınırlar. Yarımfabrikat üsulunda isə müxtəlif mərhələlərdə istehsal edilən məhsullar xüsusi anbarlarda toplanır, və sonra oradan növbəti mərhələlərdə son məhsulun istehsalı üçün müvafiq bölmələrə göndərilirlər. Öz istehsalının yarımfabrikatları təkcə istehsalın növləri mərhələlərində istifadə оlunmur, həmçinin məmulat və yarımfabrikat kimi kənar müəssisələrə satıla bilər. Tохuculuq, gön-dəri, kimya, qara metallurgiya, ağac emalı, tikinti materialları istehsal edən sahələrdə bu üsul geniş istifadə оlunur. Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə uçota alınır:
Yarımfabrikatları anbara mədaxil etmək üçün onların dəyəri müəyyən ediməlidir. Bunun üçün hər mərhələnin sonunda onların maya dəyərini müəyyən etmək lazımdır. Lakin, yarımfabrikatların istehsalı çoxlu mərhələlərdən keçirsə bu çox mürəkkbəb və çətin bir prosesə çevrilir. Yarımfabrikatların maya dəyərinin müəyyən ediməsi üçün bitməmiş istehsalın qiymətləndirilməsinin müxtəlif metodlarından istifadə etmək olar:
Misal.
Müəssisədə məhsulun istehsalı 2 texnoloji mərhələdən ibarətdir. 1 N-li sexdə emal edildikdən sonra məhsullar yarımfabrikat şəklində uçota alınır və anbara mədaxil edilir. Sonra bu yarımfabrikatlar 2 N-li sexə son emal üçün anbardan verilir. Cari ayda 1 N-li sexin xərcləri təşkil etmişdir: istehsala verilmiş materialların dəyəri - 8 000 AZN; istehsalatda istifadə edilmiş materiallar 7 500 AZN; hesablanmış əmək haqqı – 3 000 AZN; hesablanmış sosial sığorta ödənişləri – 660 AZN; əsas vəsaitlərin amortizasiyası - 150 AZN; elektrin enerjisi - 250 AZN, köməkçi istehsalın xərcləri - 350 AZN
İstehsal edilmiş yarımfabrikatların maya dəyərini müxtəlif metodlar ilə müəyyən edək. Xammal, material və yarımfabrikatların dəyəri ilə Cari ayda yarımfabrikatların istehsalı üçün sərf edilən materialların dəyəri 7 500 AZN olmuşdur. Beləliklə yarımfabrikatlar anbara mədaxil edilərkən onların maya dəyəri 7 500 AZN olacaqdır. Müstəqim (birbaşa) xərc maddələri ilə. Bu metodda yarımfabrikatların maya dəyərinə istehsala sərf edilən faktiki materialların dəyəri daxil edilir, qalan birbaşa məsrəflər isə hazır yarımfabrikatların və bitməmiş istehsalın arasında bölünür. Birbaşa məsrəflərin cəmi məbləği. Materiallardan başqa olmuşdur: 3 000 + 660 = 3 660 AZN Hazır yarımfabrikatların payına düşən birbaşa məsrəflərin məbləği olacaqdır: (3 660 / 8000) * 7500 = 3 431 AZN Yarımfabrikatların payına düşən cəmi birbaşa məsrəflər olacaqdır: 7 500 + 3 431 = 10 931 AZN Faktiki məsrəflərin cəmi əsasında Bu metodda yarımfabrikatların dəyərinə onların payına düşən birbaşa məsrəflərin məbləği, və dolayısı məsrəflərin bir hissəsi (birbaşa məsrfələrə mütənasib olaraq) daxil edilir. Dolayısı məsrəflərin məbləği: 150 + 250 + 350 = 750 AZN Birbaşa məsrəflər: 8 000 + 3 000 + 660 = 11 660 AZN Hazır olan yarımfabrikatların payına düşən birbaşa məsrəflər: 10 931 AZN Hazır olan yarımfabrikatların payına düşən dolayı məsrəflərin payı: (750 / 11 660) * 10 931 = 703 AZN Hazır olan yarımfabrikatların payına düşən ümumi məsrəflər (birbaşa + dolayı): 10 931 + 703 = 11 634 AZN
Yarımfabrikat metodunun əsas çatışmamazlıqları hər bir mərhələdə yarımfabrikatların maya dəyərinin hesablanmasının mürəkkəb olması və hesablamalar aparmaq üçün çox vaxt sərf edilməsidir. Bundan başqa, bu metoddan istifadə edilərkən 202-ci hesabın dövriyyəsi artır. Beləki, texnoloji prosesin mərhələlərinin sayının çox olması nəticəsində növbəti mərhələlərin yarımfabrikatlarının maya dəyəri carı mərhələnin xərcləri və öncəki mərhələnin yarımfabrikatları dəyəri əsasında formalaşır. Və nəticədə eyni məsrəflər 202-ci hesabın dövriyyəsini artırır. Bu istehsalatların məhsullarının hazırlanmasına məsrəflər eyni növ məmulat növləri, kalkulyasiya maddələri və mərhələlər üzrə uçоta alınır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-03-27 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!