Digər müəssisə və şəxslərdən pulla alınmasıMüəssisə tərəfindən alınan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilir.
Torpaq, tikili və avadanlıqlar. IAS 16
İlkin dəyər – Torpaq, tikili və avadanlıqların alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, ümumi sərf edilən məsrəflərdən, aktivdən mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflərdən, obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədi ilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmindən ibarətdir. Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:
Torpaq, tikili və avadanlıqlar üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:
Torpaq, tikili və avadanlıqlar alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:
AR Mülki Məcəlləsi
Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. .....
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-02-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!