Qeyri-maddi aktivlərin satılmasıQeyri-maddi aktivlərin satılması alqı-satqı müqaviləsi, alıcıya göndərilən elektron qaimə faktura və təhvil-təslim aktı ilə sənədləşdirilir. Qeyri-maddi aktivin satılması zamanı həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalar (əgər mövcuddursa) ilə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunur. Qeyri-maddi aktivin satışından yaranan gəlir 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" hesabının kreditində və 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının debetində əks olunur. Qeyri-maddi aktivin yığılmış amortizasiyası 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabının debetindən 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının kreditinə silinir. Sonda qeyri-maddi aktivin qalıq dəyəri 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabının kreditindən "731-1 Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının debetinə silinir. Qeyri-maddi aktivin satışı ilə bağlı nəticə hesabat dövrünün sonunda 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" və 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesablarından silinərək 801 "Ümumi mənfəət (zərər)" hesabında formalaşır. Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
Misal
Müəssisə ona məxsus əmtəə nişanına müstəsna hüququnu digər müəssisəyə vermək üçün müqavilə bağlamışdır. Müqavilənin dəyəri 36 000 manatdır. Əmtəə nişanının ilkin dəyəri 20 000 manatdır, hesablanmış amortizasiya - 2 000 manat. Bu zaman, müxabirləşmələr aşağıdakı kimi əks olunacaqdır:
Misal
Müəssisə ona məxsus əmtəə nişanına qeyri-müstəsna istifadə hüququnu digər müəssisəyə 20 000 manata verir (françayzınq müqaviləsi). Bu zaman, müxabirləşmələr aşağıdakı kimi əks olunacaqdır:
Vergi uçotu AR Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin qalıq dəyəri arasındakı müsbət fərq deməkdir. Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin qalıq dəyəri arasındakı fərqdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır və təqdim edildikdə onların dəyəri ƏDV cəlb edilmir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-03-12 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!