İstehsalın idarəetmə məsrəfləriİstehsalın idarəetmə məsrəfləri - əsas, köməkçi və xidmətedici istehsalatların təşkili və idarə edilməsi üzrə, yəni istehsal-texniki heyətin – mühəndisin, texnikin, ustanın, briqadirin və s. əmək məsrəfləri və istehsalatın təşkili və rəhbərliyi ilə əlaqədar material məsrəfləridir. Bu məsrəflər dolayı məsrəflərdir, və müəssisənin uçot siyasətində müəyyən olunan vaxtda və qaydalar ilə əsas istehsalata istehsal edilən məhsulun maya dəyərinə bölüşdürülərək silinir Bu məsrəflər hesablar planının 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" hesabında uçota alına bilər. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nda belə bir hesab nəzərdə tutulmayıb. Lakin, zərurət yarandıqda bu hesabın açılmasına və istifadəsinə heç bir qadağa yoxdur. Bu hesabın açılması müəssisənin uçot siyasətində əks olunmalıdır. Hesabat dövrünün sonuna bu hesabdakı məbləğlər istehsalat məsrəfləri hesabına silinir və onun saldosu olmur. Bu hesabda ümum istehsal məqsədləri üçün maşın və avadanlıqların saxlanmasına və istismarına sərf edilən məsrəflər, ümum istehsal üçün istifadə edilən aktivlərin amortizasiyası, istehsal binalarının isidilməsinə və işıqlandırmasına çəkilən məsrəflər, sex rəhbərliyinin əmək haqqısı və s. məsrəflər uçota alınır.
Misal.
Qayalı MMC yuyucu maddələrin istehsalı ilə məşğuldur. Hesabat dövrü ərzində ümumistehsal məsrəfləri 3 780 AZN (ƏDV daxil) təşkil etmişdir, o cümlədən
Qayalı MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri etməlidir:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!