Torpaq, tikili və avadanlıqların əvəzsiz daxil olmasıƏvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur. Bazar qiymətinin müəyyən edilməsi peşakar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Torpaq, tikili və avadanlıqlar əvəzsiz olaraq alındıqda 111, 113 №li hesabın müvafiq subhesablarının debeti və 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər" subhesabının kreditində göstərilir. 611-3 №li “Əvəzsiz olaraq alınmış aktivlər” subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-3 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.
Vergi uçotu Müəssisə və ya fərdi sahibakırın balansına əvəzsiz daxil olmuş torpaq, tikili və avadanlıqlar satışdankənar gəlir hesab edilərək, bazar qiyməti ilə fiziki şəxslərin gəlir vergisinə, hüquqi şəxslərin mənfəət vergisinə cəlb olunur. Vergilər TTA daxil olduqları dövr üçün hesablanıb ödənilməlidir. AR Vergi Məcəlləsinin 106.1.9 və 106.1.10 maddələrinə əsasən aşağıdakı hallarda müəssisə və təşkilatlar mənfəət vergisindən azaddır:
Bundan başqa, alıcı tərəfindən əvəzsiz əldə edilmiş tikili və avadanlıqlara amortizasiya hesablanıb və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları AR Vergi Məcəlləsi, Maddələr: 13.2.10, 13.2.12, 106.1.9, 106.1.10, 114 Yazı sonuncu dəfə 2020-02-01 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!