Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsiQeyri-maddi aktivlərə (ixtira, proqram təminatı və s.) müstəsna mülkiyyət hüququna malik olan müəssisələr, onların mülkiyyəti olan qeyri-maddi aktivlərdən istifadə hüququnu başqa müəssisələrə təqdim edə bilərlər. Müqaviləyə əsasən istifadəçi qeyri-maddi aktivin sahibinə aylıq, illik istifadə haqqı ödəyir. Qeyri-maddi aktivə müstəsna mülkiyyət hüququ olan müəssisə onu öz balansında saxlayır və hər il ümumi qaydada ona amortizasiya hesablayır. Bu cür gəlirlər mühasibat uçotunda 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabın debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirləri" hesabların kreditində əks olunur.
Misal
A Müəssisəsinin balansında qeyri-maddi aktiv var - ixtira. Onun illik amortizasiyası 2 000 manatdır. Cari ildə A müəssisəsi B müəssisəsinə bu ixtiradan 1 illik istifadə hüququnu vermişdir. Müqaviləyə əsasən B müəssisəsi A müəssisəsinə hər ay 500 manat məbləğində lisenziya ödənişləri etməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-05-01 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!