Zərərin bağlanması

Hesabat ilinin sonuna yaranan zərərin hansı vəsaitlər hesabına bağlanması müəssisənin təsisçilərinin və ya səhmdarlarının yığıncağının qərarı ilə müəyyən edilir. Təsisçilər zərərin bağlanmamasını, və müəssisənin balansında qalmasına da qərar verə bilərlər.

Cari ilin zərəri səhmdarların məqsədli ödənişləri hesabına, ehtiyat kapitalının (fondunun) vəsaitləri hesabına və ya keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına bağlana bilər

Cari ilin zərəri müəssisə balansından silinə də bilər. Əgər təsisçilərin qərarına əsasən cari ilin zərəri balansdan silinə də bilər. Bu zaman, nizamnamə kapitalı müəssisənin xalis aktivlərinə bərabər olması üçün nizamnamə kapitalının azalması

Cari ilin zərəri müəssisə balansından silinə də bilər. Bu o zaman baş verə bilər ki, təsisçilər qərar versin ki, nizamnamə kapitalı azaldılaraq müəssisənin xalis aktivlərinə bərabər olsun. Nizamnamə kapitalının azalmasını uçotda yalnız müvafiq nizamnamə sənədlərində dəyişikliklər edildikdən sonra əks etdirmək lazımdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesabat ilinin zərərinin təsisçilərin məqsədli daxilolmaları hesabına bağlanması 302 "Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" -
2 Hesabat ilinin zərərinin ehtiyat kapitalı (fondu) hesabına bağlanması 335 "Digər ehtiyatlar - Ehtiyat kapitalı" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" -
3 Hesabat ilinin zərərinin keçmiş illər üzrə bölühdürülməmiş mənfəət hesabına bağlanması 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" -

Vergi uçotu

Mənfəət vergisinin ödəyicisi olan müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi 5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Gəlir vergisinin ödəyiciləri olan fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün 3 ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Misal

Müəssisə 2012-ci ildə fəaliyyətə başlamışdır. Növbəti illərdə müəssisənin nəticələri aşağıdakı kimi olmuşdur:

2012-cü ildə - 30 000 AZN (zərər)

2013-cü ildə - 3 000 AZN (mənfəət)

2014-cü ildə - 4 000 AZN (mənfəət)

2015-cü ildə - 3 000 AZN (mənfəət)

2016-cü ildə - 8 000 AZN (mənfəət)

2017-cü ildə - 10 000 AZN (mənfəət)

2018-cü ildə - 8 000 AZN (mənfəət)

2012-ci ildə yaranan 30 000 AZN məbləğində zərər növbəti beş ildə olan mənfəətlər (2013-2017 illər) ilə kompensasiya edilir və bu səbəbdən müəssisə mənfəət vergisi ödəməyəcəkdir.

Lakin, 2018-ci ildə kompensasiya edilməmiş qalan 2 000 AZN (2012-ci ilin zərəri), 5 il keçdiyindən 2018-ci ildəki mənfəət ilə kompensasiya edilməyəcəkdir.



Yazı sonuncu dəfə 2018-11-03 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!