Ödəmə kartların istifadəsi ilə hesablaşmalarÖdəniş kartların istifadəsi ilə hesablaşmalar nəğdsiz hesablaşmalar növünə aiddir. Ödəniş kartları ilə ödənilən malların satışı, xidmətlərin və işlərin göstərilməsi prosesi ekvayrinq adlanır. Ödəniş kartları ilə ödəmələr POS-terminallar vasitəsi ilə həyata keçirilir. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. POS-terminal - kart vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS-terminalların istifadəsi "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydalarına" əsasən aparılır. Ödəniş kartları 2 cür ola bilər: beynəlxalq və lokal. Beynəlxalq ödəniş kartı - beynəlxalq kart təşkilatlarının (Visa, MasterCard və s.) loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kartlardır. Lokal ödəniş kartı - Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən yalnız ölkə ərazisində istifadə üçün emissiya edilmiş kartlardır. Bundan başqa, ona da qeyd edək ki, hüquqi şəxslər və fərdi sahibkarlar ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərinin ödənilməsi üçün korporativ kartlardan istifadə edə bilərlər. Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanununun 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanunlara əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Qeyd edilən Qanunun 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.Vergilər Nazirliyi müəyyən meyarlar əsasında hansı müəssisələrə POS-terminalların quraşdırılması mütləq olmasını müəyyən edir. Bu meyarlar aşağıdakılardır:
DİQQƏT!
AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə:
POS-terminalın quraşdırılması AR Vergilər Nazirliyi POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri bank ekvayerə təqdim etməlidir:
Bank ekvayer sifarişçinin müraciətinə yuxarıda göstərilmiş sənədlər təqdim edildikdən sonra 3 (üç) iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər. Bank ekvayer və sifarişçi arasında müqavilə bağlanır. Bank ekvayerlə sifarişçi arasında bağlanmış müqavilədə aşağıdakılar əks olunmalıdır:
Vergilər Nazirliyi 2 (iki) iş günü müddətində bank ekvayerin təqdim etdiyi məlumatlar əsasında POS-terminala qeydiyyat nömrəsi verir və müvafiq məlumatları elektron və ya kağız daşıyıcısında bank ekvayerə göndərir. Bank ekvayer Vergilər Nazirliyindən aldığı məlumatlar əsasında tərtib etdiyi POS-terminalın qeydiyyat nömrəsi haqqında məlumatı 2 (iki) iş günü müddətində sifarişçiyə göndərir. Bank ekvayer 2 (iki) iş günü müddətində POS-terminalın qoşulması və xidmət göstərməsi üçün xidmət mərkəzinə müvafiq qaydada sifariş göndərir. Xidmət mərkəzi 2 (iki) iş günü müddətində POS-terminalın qoşulmasını təmin edir. POS-terminal xidmət mərkəzinə qoşulduqdan dərhal sonra sifarişçi POS-terminal vasitəsilə ödənişlərin qəbul edilməsini təmin edir. Təsərrüfat subyekti ləğv olunduğu halda, xidmət mərkəzi terminala verilmiş qeydiyyat nömrəsinin etibarsız hesab edilməsi barədə AR Vergilər Nazirliyinə məlumat göndərir. POS-terminalla aparılan əməliyyatlar üzrə hesablaşmalar sifarişçinin bank ekvayerdəki hesabı vasitəsilə həyata keçirilir. POS-terminaldan istifadə edilməsi Əməliyyatçı kartlar vasitəsilə ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə özündə aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin verilməsini təmin edir:
İş gününün sonunda əməliyyatçı bank ekvayerlə sifarişçi arasında bağlanmış müqaviləyə uyğun olaraq xidmət mərkəzinə (və ya ekvayer banka) sorğu göndərərək, gün ərzində aparılmış əməliyyatları üzləşdirir. Hər hansı uyğunsuzluq aşkar olunduqda, bu barədə xidmət mərkəzi (və ya ekvayer bankı) məlumatlandırılır və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. POS-terminalda nasazlıq baş verdikdə, bank ekvayer və ya sifarişçi (POS-terminal sifarişçinin mülkiyyətində olduğu halda) 5 (beş) iş günü müddətində POS-terminalın işlək vəziyyətə gətirilməsini təmin edir. POS-terminalın təmiri daha çox müddət tələb etdikdə, bank ekvayer və ya sifarişçi təsərrüfat subyektini yeni POS-terminalla təmin edir. Sifarişçi, eyni zamanda bir neçə bank ekvayerin xidmətindən istifadə edə bilər. Dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar və hüquqi şəxslər təsərrüfat subyektlərində POS-terminalın quraşdırılması üçün könüllü şəkildə bank ekvayerə müraciət edə bilərlər. Ödəniş kartlarının istifadəsi zamanı aşağıdakı müxabirləşmələr istifadə edilə bilərlər:
Vergi uçotu Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar, hüquqi şəxslər və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
Diqqət!
POS-terminal vasitəsi ilə ödəniş qəbul edərkən, ödənişi təstiq edən POS-terminal qəbzi ilə yanaşı müştəriyə kassa çeki də verilməlidir
Normativ-hüquqi aktlar:
Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanunu Yazı sonuncu dəfə 2020-01-10 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!