Mənfəət və zərər haqqında hesabat"Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"-da (statement of comprehensive income) hesabat dövrü ərzində yaranan gəlirlər, zərərlər və digər məcmu gəlirlər barədə məlumat əks olunur. Hesabatın hazırlanması və təqdim edilməsi qaydaları "Maliyyə hesabatlarının təqdimatı" adlı 1 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartında (IAS 1) əks olunubdur. "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat" iki hissədən ibarətdir:
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat "Xərclərin funksiyaları üzrə" hazırlanırsa, o zaman, onun maddələri aşağıdakı kimi olacaqdır:
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat "Xərclərin xarakteri üzrə" hazırlandıqda, hesabat forması tam anlaşılan görsənmir, çünki xərclər funksiyalarına görə qruplaşdırılmır ırsa, o zaman, onun maddələri aşağıdakı kimi olacaqdır:
MHBS (IAS) 1-də "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"-da əks olunası gəlir və xərclərin maddələrinin siyahısı verilir. Müəssisə, ehtiyac yarandıqda, bu maddələrə açıqlamalar verməlidir. "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 2 nömrəli əlavəsində "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat" forması verilibdir. "Maliyyə vəziyyəti haqqında hesabat" formasını aşağıdakı linklərdən yükləyə bilərsiniz. Mənfəət və zərər hаqqındа hеsаbаt (Xərclərin funksiyaları üzrə); Mənfəət və zərər hаqqındа hеsаbаt (Xərclərin xüsusiyyatı üzrə).
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!