TTA-ın digər aktiv və ya xidmət ilə mübadilə edilməsi
Mübadilə nəticəsində xaric olunmuş torpaq, tikili və avadanlıqlarla əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği və qiymətdən düşmə zərərləri olduğu hallarda həmin məbləğlər mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır.
- Mübadiləsi məqsədi ilə təqdim edilən torpaq, tikili və avadanlıqların dəyərinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 601, 611 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
- Əldə edilmiş aktivlərin və xidmətlərin mübadiləsi məqsədi ilə təqdim edilən torpaq, tikili və avadanlıqlara görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
- Mübadilə nəticəsində əldə edilmiş aktiv və xidmətlər üzrə yaranmış kreditor borc məbləğləri mübadilə məqsədi ilə təqdim edilmiş torpaq, tikili və avadanlıqların dəyərinə görə yaranan debitor borc məbləğləri ilə əvəzləşdirildikdə 431, 432, 433, 531, 532, 535, 536 №li hesabların müvafiq subhesablarının debeti və 171, 172, 174, 175, 177, 211, 212, 214, 215, 217 №li hesabların müvafiq subhesablarının krediti üzrə.
Yazı sonuncu dəfə 2020-01-25 tarixində yenilənib.
|