Torpaq, tikili və avadanlıqların daxil olmasıMüəssisəyə daxil olan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilməlidir. Müəssisəyə Torpaq, tikili və avadanlıqlar aşağıdakı mənbələrdən daxil ola bilər:
Torpaq, tikili və avadanlıqlar daxil olan zaman "Təhvil-təslim aktı" tərtib edilir. Quraşdırılması tələb olunan tikili və avadanlıqlar üçün quraşdırmaya gəbul aktı tərtib edilir, bu akta avadanlığın xüsusi sənədləri əlavə edilir. Quraşdırma bitdikdən sonra tikili və avadanlıqlar təhvil-təslim aktı ilə mədaxil olunur. Daxil olmuş tikili və avadanlıqlar müəssisənin anbarında da qala bilər, istifadə üçün istismara da verilə bilər. Tikili və avadanlıqların istismara verilməsi "Əsas vəsaitlərin istismara verilməsi AKT"-ı ilə sənədləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən tikililərin isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə tikili kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. Uçota gəbul olunmuş tikili və avadanlıqlar üçün inventar kart tərtib edilir. İnventar kartları müəssisədə tikili və avadanlıqların obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış "Torpaq, tikili və avadanlıqların uçotu üzrə jurnalda" əks olunur. Torpaq, tikili və avadanlıqların müəssisədən çıxarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış Torpaq, tikili və avadanlıqların qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda Torpaq, tikili və avadanlıqların olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır. Təsisçilərdən pay qoyuluşu şəklində daxil olması. Torpaq, tikili və avadanlıqlar təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur.
Təsərrüfat üsulu ilə tikili və avadanlıqların inşa(istehsal) edilməsi . Torpaq, tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması zamanı 113 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.
Digər müəssisə və şəxslərdən pulla alınması. Müəssisə tərəfindən alınan torpaq, tikili və avadanlıqlar ilkin dəyəri ilə qiymətləndirilir. Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:
Torpaq, tikili və avadanlıqlar üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:
Torpaq, tikili və avadanlıqlar alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:
AR Mülki Məcəlləsi
Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. ..... Başqa təşkilat və şəxslərdən əvəzsiz daxil olması. Əvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur. Bazar qiymətinin müəyyən edilməsi peşakar qiymətləndiricilər tərəfindən həyata keçirilir. Əvəzsiz əldə edilmiş torpaq, tikili və avadanlıqlara görə gəlirlər 611 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Hökümət subsidiyaları hesabına alınması. Torpaq, tikili və avadanlıqlar hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alındıqda mühasibat uçotu subyekti həmin torpaq, tikili və avadanlıqları ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti həmin aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda mühasibat uçotu subyekti aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır. Uzumüddətli icarəyə götürülməsi (lizinq). Maliyyə icarəsi (lizinq) – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər. Maliyyə icarəsinin оbyеkti icarəçinin balansına keçir. Оbyеktin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir. İcarəçi mülkiyyət sahibi kimi icarəyə götürdüyü tikili və avadanlıqlara görə köhnəlmə hеsablayır və tikili və avadanlıqları təmir edir. Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə onun ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 111 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı xərclər 111 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Hər ay icarəçi icarə haqqını hesablayır. Maliyyə icarəsi üzrə qısamüddətli öhdəliklərə görə ödənişlər həyata keçirildikdə əsas məbləğə 535 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti, faiz məbləğinə 537 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Maliyyə icarəsi ilə əldə edilmiş aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 751-3 №li subhesabın debeti və 537 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Maliyyə icarəsi üzrə faiz xərcləri məbləğinə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. Digər aktiv və ya xidmət ilə mübadilə edildikdə. Dəyişmə müqaviləsi əsasında alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri dəyişdirilən aktivlərin dəyəri ilə ölçülür. Dəyişdirilən aktivlərin dəyərini müəyyən etmək mümkün olmadıqda, ilkin dəyər analoji əsas vəsaitlərin həmin dövrdə alınmasına çəkilən xərclər ilə müəyyən edilir. Bir və ya bir neçə adda torpaq, tikili və avadanlıqlar qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alındıqda, aşağıdakı hallar istisna olmaqla belə torpaq, tikili və avadanlıqların ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
Normativ-hüquqi aktlar:
Torpaq, tikili və avadanlıqlar. IAS 16. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-02-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!