Pul vəsaitlərinin ekvivalentləriPul vəsaitlərinin ekvivalentləri əsasən investisiya və ya digər məqsədlər üçün deyil, qısamüddətli maliyyə öhdəliklərinin həyata keçirilməsi üçün istifadə olunur. İnvestisiyalar pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilmək üçün müəyyən məbləğdə pul vəsaitlərinə asanlıqla çevrilmək qabiliyyətinə malik olmalıdır və dəyərin dəyişməsi nəticəsində əhəmiyyətli riskə məruz qalmamalıdır. Yəni investisiyalar, pul vəsaitlərinin ekvivalenti kimi yalnız o zaman tanınır ki, ilkin tarixdən 3 ay və ya daha qısa müddətli ödəmə müddətinə malik olsun. 5 N-li "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" Milli Mühasibat Uçotu Standartına əsasən:
Pul vəsaitlərinin ekvivalentləri pulları əvəz etmir, lakin onlar elə maliyyə aktivləridir ki, onlar pula dərhal çevrilə bilər. Pul vəsaitlərinin ekvivalentlərinə aşağıdakı aktivləri əlavə etmək olar:
Pul vəsaitlərinin ekvivalentlərinin alınması 225 "Pul vəsaitlərinin ekvivalentləri" heabının debetində və 223 "Bank hesablaşma hesabları" hesabının və başqa maddi və sair qiymətlilər hesablarının kredetində əks etdirilir. Pul vəsaitlərinin ekvivalentlərinin satılması 611 "Sair əməliyyat gəlirləri" hesabın debetində və 225 "Pul vəsaitlərinin ekvivalentləri" heabının kredetində əks olunur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2017-06-17 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!