Əmək haqqının hesablanması
Əmək haqqı aşağıdakı məlumatlar əsasında hesablanır:
müəssisədə tətbiq edilən əmək haqqı sistemi
müəyyən edilmiş tariflər, məvaciblər, normalar və s.
işçilər tərəfindən faktiki işlənilən vaxt barədə və ya istehsal edilmiş məhsulun miqdarı barədə məlumat
Hesablanmış əmək haqqı Hesablama və ya Hesablama-ödəmə cədvəlində qeydə alınır.
Əmək haqqının hesablanması 533-cü "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur.
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
10 000
2
Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
201 "Material ehtiyatları"
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
1 000
3
Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması
202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
20 000
4
Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
202-7 "Köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
2 200
5
Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması
721 "İnzibati xərclər"
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
15 000
6
Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
711 "Kommersiya xərcləri"
533 "İşçi heyətinə qısamüddətli kreditor borcları"
1 000
Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.
LAYİHƏ HAQQINDA
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Müəllif haqqında
MÜƏLLİFLƏRƏ:
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.
Ətraflı
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!