Xidmətedici istehsalat və təsərrüfatların məsrəfləriXidmətedici istehsalat və təsərrüfatlar dedikdə müəssisənin yaradılmasının əsas məqsədi olan məhsul istehsalı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə birbaşa bağlı olmayan istehsalat və təsərrüfatlar başa düşülməlidir. Bura əsasən müəssisənin balansında olan: mənzil-komunal təsərrüfatlarının (yaşayış evlərinin, yataqxanaların, camaşirxanaların, hamamların və s. istismarı üzrə), tikiş və başqa məişət-xidməti emalatxanalarının; yeməkxana və bufetlərin; məktəbəqədər uşaq müəssisələrinin (uşaq baxçalarının, körpələr evinin), istirahət evləri, sanatoriaya və digər sağlamlıq və mədəni-maarif təyinatlı müəssisələrin, elmi tədqiqat və konstruktor bölmələrinin məsrəfləri aiddir. Bu məsrəflər köməkçi istehsalatdan fərqli olaraq əsas istehsalata silinmir. Onların hər birinin ötürülmə mənbələri vardır: məsələn yeməkxana və bufetlərdən əldə olunan gəlir, mənzil-kommunal təsərrüfatında mənzil kirayəçilərindən daxil olmalar, valideynlərdən və məqsədli istiqamətlərdən (uşaq müəssisələri) daxil olmalar və i.a. Bu müəssisələr həmin təşkilatda əsas istehsalatla bir başa əlaqəsi yoxdur, ancaq onlar işçilərin məişət ehtiyacına xidmət edir və müəssisədə istehsal prosesinin normal gedişini təmin edir. Xidmətedici istehsalat və təsərrüfatların məsrəfləri haqqında məlumatları 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabında uçotu aparıla bilər. Bu hesab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nda nəzərdə tutulmayıb. Lakin, ehtiyac yaranarsa, müəssisə bu hesabı öz qərarı əsasında aça bilər, və bu barədə öz uçot siyasətində qeydlər aparmalıdır. 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabına aşağıdakı subhesablar açıla bilər:
202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Birbaşa xərclər 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetinə, istehsal ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən silinir. Köməkçi istehsalatların xərcləri 202-6 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabının kreditindən 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetinə silinir. 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının kreditində istehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. Bu məbləğlər 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının kreditindən aşağıdakı hesabların debetinə silinir:
202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir. 202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabı üzrə analitik uçot hər bir xidmətedici istehsalat və təsərrüfat və onların xərc maddələri üzrə aparılmalıdır. Bu zaman mənzil-kommunal təsərrüfatına məsrəflərin (yaşayış evlərinin istismarı üzrə məsrəflər) analitik uçotunun təşkili istismar və məqsədli xərclər (su təchizatı, işıqlandırma, qaz, qızdırma və kanalizasiya xərcləri ) haqqında məlumatların əldə edilmə mümkünlüyünü təmin etməlidir.
Misal.
Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Camaşırxana ilə bağlı hesabat dövründə aşağıdakı məsrəflər yaranmışdır:
Qayalı MMC-nin mühasibi camaşırxananın məsrəfləri ilə bağlı aşağıdakı müxabirləşmələri aparacaqdır:
Xidmətedici istehsalat və təsərrüfat məsrəflərinin silinməsi Xidmətedici istehsalat və təsərrüfatlar aşağıda qeyd edilən məqsədlər üçün işləyə bilərlər:
Əsas və köməkçi istehsal ehtiyacları üçün xidmətlər Bir çox hallarda, Xidmətedici istehsalatın məsrəflərinin əsas və köməkçi istehsalata aid edilməsini müəyyən etmək çətin olur. Bu səbəbdən də, bu məsrəflər müəssisənin uçot siyasətində qeyd edilən müvafiq göstəriciyə əsasən bölüşdürülür (misal üçün, işçilərə hesablanan əmək haqqı məsrəflərinə əsasən).
Misal.
Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Cari dövrdə əsas və köməkçi istehsalat məsrəfləri 75 500 AZN olmuşdur, o cümlədən:
Camaşırxanaın cari hesabat dövründə məsrəfləri 7 480 AZN təşkil etmişdir. Müəssisənin uçot siyasətində xidmətedici istehsalatın məsrəfləri əsas və köməkçi istehsalata bu istehsalatların məsrəflərinə proporsional bölüşdürülür. Belə olduqda, camaşırxanaın məsrəfləri aşağıdakı kimi bölüşdürüləvcəkdir:
Qayalı MMC-nin mühasibi camaşırxananın məsrəfləri ilə bağlı aşağıdakı müxabirləşmələri aparacaqdır:
Müəssisənin qeyri-istehsal ehtiyacları üçün xidmətlər Xidmətedici təsərrüfat müəssisənin qeyri-istehsal ehtiyacları üçün pulsuz xidmət göstərdikdə (misal üçün, idman kompleksi) onun məsrəfləri müəssisənin hesabat dövrünün zərərlərinə silinir.
Kənar müəssisələr üçün xidmətlər Xidmətedici təsərrüfat müəssisənin kənar müəssisələr üçün xidmətinin mühasibat uçotunda əks olunması üçün misala baxaq:
Misal.
Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Eyni zamanda, camaşırxana kənar müəssisələrdən də sifarişlər gəbul edir. Cari hesabat dövründə camaşırxananın kənar müəssisələrdən aldığı sifarişlərdən gəliri 1 770 AZN (ƏDV daxil) təşkil etmişdir. Kənar müəssisələrə göstərdikləri xidmətələrə görə camaşırxananın məsrəfləri 375 AZN təşkil etmişdir. Qayalı MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri aparacaqdır:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!