İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsiİnventarizasiya zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:
Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər müəssisənin rəhbərinin yazılı sərəncamına əsasən xərcə aid edilir; Maddi-məsul şəxslərin təqsiri olmadan yenidən çeşidləmə zamanı çatışmazlıq istiqamətində qiymətlilərin dəyərində yaranmış fərqlərin təqsirkar şəxslərə aid edilməməsi səbəblərinə dair inventarizasiya protokollarında müfəssəl izahatlar verilməlidir. Öhdəliklər üzrə məbləğlər dəqiqləşdirildikdə kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılması (azaldılması) və yaxud mühasibat uçotu subyektinin yaratdığı kapital ehtiyatları hesabına uçotda əks etdirilir. İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması haqqında təkliflər baxılmaq üçün müəssisənin rəhbərliyinə təqdim edilir. Yaranmış fərqlərin uçotda əks etdirilməsi barədə sonuncu qərarı müəssisənin rəhbəri verir. Kommisiya tərəfindən müvafiq inventarizasiya cədvəlləri və aktlar əsasında inventarizasiyanın nəticələri rəsmiləşdirilərək inventarizasiya qurtardıqdan sonra 10 gün müddətində mühasibat uçotun subyektinin rəhbərliyinə təqdim edilir. Müəssisənin rəhbərinin sərəncamına əsasən aktivlər və öhdəliklər üzrə inventarizasiyanın nəticələri 10 gün müddətində mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməsi üçün mühasibatlığa təqdim edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-24 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!