113 Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" hesabı müəssisənin torpaq, tikili və avadanlıqlara etdiyi investisiya qoyuluşları və kapitallaşdırılmış məsrəflərin hərəkəti haqqında məlumatları uçota almaq üçün nəzərdə tutulub. 113 N-li "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" hesabı üzrə aşağıdakı subhesablar açılır:
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması - müəssisədə bir ildən çox istifadə edilən əmlakın alınmasına və ya tikilməsinə çəkilən xərclərdir. Torpaq, tikili və avadanlıqların istismara verilməsi 113 №li hesabın müvafiq subhesablarının krediti və 111 №li hesabın müvafiq subhesablarının debeti üzrə mühasibat yazılışları verilir. Torpaq, tikili və avadanlıqların alışı və ya podrat üsulu ilə əldə edilməsi. Müəssisə torpaq, tikili və avadanlıqları alıbsa, onlar ilkin dəyəri ilə uçota alınmalıdır. İlkin dəyər - torpaq, tikili və avadanlıqların alınmasına çəkilən faktiki məsrəflərin cəmidir. Torpaq, tikili və avadanlıqların ilkin dəyəri onun alış qiymətindən satış endirimləri çıxıldıqdan sonra gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla, ümumi sərf edilən məsrəflərdən, aktivdən mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflərdən, obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədi ilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmindən ibarətdir. Torpaq, tikili və avadanlıqlar alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:
Torpaq, tikili və avadanlıqlar üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:
Torpaq, tikili və avadanlıqlar hökumət subsidiyaları hesabına alındıqda Torpaq, tikili və avadanlıqlar hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alındıqda mühasibat uçotu subyekti həmin torpaq, tikili və avadanlıqları ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər mühasibat uçotu subyekti həmin aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda mühasibat uçotu subyekti aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır. Bir və ya bir neçə adda torpaq, tikili və avadanlıqlar qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alındıqda, aşağıdakı hallar istisna olmaqla belə torpaq, tikili və avadanlıqların ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlar Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlığın ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş torpaq, tikili və avadanlığın dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir. Mübadilə nəticəsində əldə edilmiş torpaq, tikili və avadanlıqlarla əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği və qiymətdən düşmə zərərləri olduğu hallarda həmin məbləğlər mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır. Torpaq, tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması Torpaq, tikili və avadanlıqların təsərrüfat üsulu ilə yaradılması zamanı 113 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir. Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə onun ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 111 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı xərclər 111 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Torpaq, tikili və avadanlıqlarınn, alınması, inşası və ya istehsalı ilə birbaşa əlaqəli olan borclara görə tikinti dövrünün faiz xərclərinə 113 №li hesabın müvafiq subhesablarının debeti və 434, 537 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Sonrakı dövrlərə aid olan faiz xərcləri isə mühasibat uçotu subyektinin xərclərinə aid edilir. Torpaq, tikili və avadanlıqlardan müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində onların demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcminə 113 №li hesabın müvafiq subhesablarının debeti və 413, 445, 513, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Torpaq, tikili və avadanlıqların əvəzsiz alınması Torpaq, tikili və avadanlıqlar əvəzsiz olaraq alındıqda 111, 113 №li hesabın müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində göstərilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-30 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!