543 Alınmış qısamüddətli avanslar

543 "Alınmış qısamüddətli avanslar" hesabı göndərilmiş material qiymətliləri və ya yerinə yetirilmiş işlərə görə alınmış avanslar, həmçinin sifarişçilər üçün yerinə yetirilmiş qismən hazır iş və məhsulların ödənişi üzrə qısamüddətli (12 aydan az) hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Alınmış qısamüddətli avansların, habelə qismən hazır məhsul və yerinə yetirilmiş işlər üzrə daxil olmuş ödənişlərin məbləği pul vəsaitlərini uçota alan hesabların debetində və 543 "Alınmış qısamüddətli avanslar" hesabının kreditində əks olunur.

Göndərilmiş tam hazır məmulatlara, materiallara və yerinə yetirilmiş işlərə görə, malalanlara (sifarişçilərə) hesab-faktura təqdim edilən zaman qismən hazır məhsul və işlərə görə alınmış ödəniş və avans məbləğləri hesaba alınarkən (zaçot edilərkən), 543 "Alınmış qısamüddətli avanslar" hesabının debetində və 601 "Satış", yaxud satışın uçotu qaydalarından asılı olaraq 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının kreditində əks etdirilir.

Misal. Müəssisə proqram təminatının hazırlanması ilə məşğuldur. Müştəri ilə bağlanılan müqaviləyə görə müştəri 118 000 (ƏDV daxil) manat, və ya işin 80% öncədən avans şəklində ödəməlidir. 20% isə proyekt hazır olandan sonra. Proyekt 9 ay müddətinə hazır olmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avansın alınması 223 "Bank hesablaşma hesabları" 543 "Alınmış qısamüddətli avanslar" 100 000
2 Avansın alınması-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 543 "Alınmış qısanmüddətli avanslar" 18 000
3 Alınmış avansın ƏDV cəlb edilməsi 245 "Digər qısamüddətli aktivlər" 521 "Vergi öhdəlikləri" 18 000
4 İşlərin təhvil verilməsi - 80% 543 "Alınmış qısamüddətli avanslar" 601 "Satış" 118 000
5 İşlərin təhvil verilməsi - qalan 20% 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 23 600


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!