215 Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" hesabında sifarişçilərin tikinti müqavilələri üzrə 12 aydan az olan qısamüddətli debitor borcları uçota alınır.

Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya layihəsi, texnologiyası və funksiyası, habelə təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir.

Sifarişçilərə görülmüş tikinti işlərinə görə 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirləri" hesablarının krediti ilə müvafiq məbləğdə müxabirələşdirilir.

215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir.

Misal. Müəssisə tikinti müqaviləsi əsasında 295 000 manat (ƏDV daxil) tikinti işləri görmüşdür. Müqaviləyə əsasən ümumi məbləğin 50%-nı, və ya 147 500 manatı (ƏDV daxil) sifarişçi avans şəklində ödəmişdir. Qalan məbləğ isə, 6 aydan sonra işlər bitəndən sonra ödənilmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Tikinti müqaviləsinə görə 50% avansın alınması. 223 "Bank hesablaşma hesabları" 543 "Alınmış qısamüddətli avanslar" 125 000
2 Alınmış avansın ƏDV-sı 226 "ƏDV sub-uçot hesabı" 543 "Alınmış qısamüddətli avanslar" 22 500
3 Tikinti işlərinin bitməsi və gəlirin tanınması 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 601 "Satış" 295 000
4 Avansın silinməsi. 543 "Alınmış qısamüddətli avanslar" 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 147 500
5 Qalan 50% sifarişçi tərəfindən ödənilməsi 223 "Bank hesablaşma hesabları" 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 125 000
6 Qalan 50% sifarişçi tərəfindən ödənilməsi - ƏDV 226 "ƏDV sub-uçot hesabı" 215 "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları" 22 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!