233 Qısamüddətli verilmiş borclarDigər müəssisələrə verilmiş borcların ödəniş müddəti hesabat tarixindən sonra 12 ay ərzində həyata keçirildikdə, belə borclar qısamüddətli verilmiş borclar adlı 233-cü hesabda uçota alınmalıdır. Bu borclara digər müəssisələrə verilmiş borclar, faiz gətirən dövlət və fərdi istigrazlar aid edilir. Göstərilən müddət ərzində cari hesabat dövründə verilmiş və növbəti hesabat dövründə ödənilməli olan borclar bu hesabda uçota alınmalıdır. Əks təqdirdə belə borclar "Verilmiş uzunmüddətli avanslar" adlı 192-ci hesabda uçota alınmalıdır. 233 "Qısamüddətli verilmiş borclar" hesabında müəssisə tərəfindən digər müəssisələrə verilmiş qısamüddətli (12 aydan az) pul və digər borcların hərəkəti uçota alınır. Verilmiş qısamüddətli borclar 233 "Qısamüddətli verilmiş borclar" hesabının debetində və pul hesablarının kreditində əks olunur. Verilmiş borcların qaytarılması isə 233 "Qısamüddətli verilmiş borclar" hesabının kredtində və pul hesablarının debetində əks olunur. Misal. A müəssisəsi B müəssisəsinə 9 ay müddətinə illik faiz dərəcəsi 15% olmaqla 250 000 manat borc verib.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!