701 Satışın maya dəyəri701 saylı "Satışın maya dəyəri" hesabı satılmış malların, görülmüş işlərin və xidmətlərin maya dəyəri barədə məlumatları toplamaq üçün nəzərdə tutulub. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:
Maya dəyəri - malların istehsalı, xidmətlərin və işlərin görülməsinə sərf edilən xərclərdir. Satışın maya dəyəri - mühasibat hesabatlarında (Mənfəət və zərər haqqında hesabatda) vacib göstəricilərdən birisidir. Satışdan olan gəlir (601-ci hesab) çıxılsın satışın maya dəyəri (701-ci hesab) bərabərdir Ümumi mənfəətə(zərərə) (801-ci hesab). "Satışın maya dəyəri" (701-ci hesabda) hesabında 601-ci hesabda "Gəlir" hesabında tanınan satılmış malların maya dəyəri tanınır. Satılmış malların (görülmüş işlərin, xidmətlərin) maya dəyəri 701-ci "Satışın maya dəyəri" hesabının debetinə yazılır.
Hər ayın sonunda 701-ci hesabın debeti üzrə dövriyyə 601-ci hesabın kredit dövriyyəsi ilə müqaisə edilir, və ay üzrə mənfəət (zərər) hesablanır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-16 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!