521 Vergi öhdəlikləri

"Vergi öhdəlikləri" adlı 521 nömrəli hesabda cari vergilər üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir.

Vergi öhdəlikləri hesabına aşağıdakı subhesablar açıla bilər:

  1. Mənfəət vergisi
  2. Gəlir vergisi
  3. ƏDV
  4. Aksiz
  5. Əmlak vergisi
  6. Torpaq vergisi
  7. Yol vergisi
  8. Mədən vergisi
  9. Sadələşdirilmiş vergi
  10. Maliyyə sanksiyaları

521 "Vergi öhdəlikləri" hesabının krediti üzrə və 901 "Cari mənfəət vergisi üzrə xərclər", 601 "Satış" və başqa hesabların debeti üzrə dövlət büdcəsinə ödənilməli olan vergilər hesablanır.

521 "Vergi öhdəlikləri" hesabının debeti və pul hesablarının krediti üzrə bedcəyə faktiki köçürülən vergilər əks olunur.

Misal. Müəssisə cari ildə 100 000 manat mənfəət əldə etmişdir. Bu mənfəətə uyğun 20 000 manat mənfəət vergisi hesablanmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İllik mənfəətin hesablanması 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" 100 000
2 İllik mənfəət vergisinin hesablanması 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521-1 "Vergi öhdəlikləri-Mənfəət vergisi" 20 000

Misal. Müəssisə cari ayda işçilərinə 15 000 manat əmək haqqı hesablayıb və hesablanmış əmək haqqlarından 3475 manat fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergi tutub.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 15 000
2 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 3 475

Misal. Müəssisə cari ildə 118 000 manat (ƏDV daxil) məbləğində xidmət göstərib və müştərilərdən ödənişləri gəbul edib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xidmətin göstərilməsi 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 601 "Satış" 118 000
2 ƏDV-nin hesablanması 601 "Satış" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 18 000
3 Müştərilərin ödənişi-Əsas məbləğ 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 100 000
4 Müştərilərin ödənişi-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 18 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!