181 Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabı ödəniş tarixi və məbləğləri müəyyən olan uzunmüddətli maliyyə aktivlərin mövcudluğunu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub. Bura istiqrazları, uzunmüddətli qiymətli kağızları və s. aid etmək olar. 36 N-li "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" üzrə Milli Mühasibat Uçotu Standartına əsasən: Ödəniş müddətinə qədər saxlanılan investisiyalar, aşağıdakılar istisna olmaqla, müəssisənin ödəniş müddətinə qədər saxlamağa müsbət niyyəti və imkanı olan, sabit və ya müəyyənləşdirilə bilən ödənişli və sabit ödəmə müddətinə malik qeyri-törəmə maliyyə aktivləridir:
181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabının debeti və pul hesablarının krediti üzrə qiymətli kağızların alışı əks olunur. 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabının krediti və pul hesablarının debeti üzrə qiymətli kağızlardan əldə edilən faiz gəlirləri və qiymətli kağızların satışı əks olunur. Misal. Müəssisə 1000 manat dəyəri 5 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İldə bir dəfə istiqraz sahiblərinə faizlər ödənilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!