208 Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər8 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq, ehtiyatlar mövcud olan ilkin və ya mümkün xalis satış dəyərindən ən aşağı dəyərlə qiymətləndirilməlidir. Bu dəyərlərdən daha kiçik olanı ehtiyatların dəyəri kimi qəbul edilməlidir. Ehtiyatların dəyərinin azalması görə düzəlişlər mühasibat uçotunun hesablar planının 208-ci hesabının debeti və müvafiq ehtiyatın qeydə alındığı hesabın kreditinin müxabirləşməsi vasitəsilə uçota alınır. Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər müəyyən edildikdə 208 "Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər" hesabın debeti və 201 "Xammal və materiallar", 204 "Hazır məhsul", 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər", 207 "Digər ehtiyatlar" hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Həmin düzəlişlər hesabat dövrünün xərclərinə aid edilərək 731-3 "Qiymətdən düşmə üzrə xərclər" hesabının debeti və 208 "Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər" hesabın kreditində əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!