243 Verilmiş qısamüddətli avanslarMalların alınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi məqsədi ilə müəssisəyə 12 aydan az müddətə əvvəlcədən qismən ödənilmiş pul vəsaitləri "Verilmiş qısamüddətli avanslar" adlı 243-cü hesabda uçota alınır. Verilən avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər 243 "Verilmiş qısamüddətli avanslar" hesabının debetinə yazılmaqla, pul vəsaitlərini uçota alan hesabların krediti ilə müxabirələşdirilir. Verilmiş avanslar, həmçinin qismən hazır olan məhsulların, işlərin və xidmətlərin dəyərlərinin ödənilməsi üzrə məbləğlər işlər başa çatdırılan zaman 243 "Verilmiş qısamüddətli avanslar" hesabının kreditinə və 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debetinə yazılmaqla müxabirələşdirilir.
Misal. Müəssisə müqavilə şərtlərinə əsasən yeni proqram təminatının alınması və quraşdırılması üçün görüləcək işlərin 70%-ni və ya 82 600 manatı (ƏDV daxil) avans şəklində ödəyibdir. İşlər 9 ay ərzində yekunlaşacaqdır. İşlər bitdikdən sonra müəssisə qalan 30%-ni və ya 35 400 manatı (ƏDV daxil) ödəyəcəkdir. Müqaviləyə görə işlərin 50% 5 aydan sonra təhvil veriləcəkdi, qalan hissəsi növbəti 4 ayda.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!