171 Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabı alıcılar və sifarişçilərlə 12 aydan artıq olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Malalanlara təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti müxabirələşdirilir. 171 "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri, qısamüddətli debitor borcları və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir. Misal. Müəssisə elektronika mallarının 2 illik kredit ilə satışı ilə məşğuldur, və ay ərzində müştərilərinə 395 300 manat (ƏDV daxil) dəyərində mallar satıb. Bir müştəri tam borcunu cari ildə ödəyib.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!