182 Uzunmüddətli verilmiş borclar

182 "Uzunmüddətli verilmiş borclar" hesabında müəssisə tərəfindən digər müəssisələrə verilmiş uzunmüddətli (1 ildən artıq) pul və digər borcların hərəkəti uçota alınır.

Verilmiş uzunmüddətli borclar 182 "Uzunmüddətli verilmiş borclar" hesabının debetində və pul hesablarının kreditində əks olunur.

Verilmiş borcların qaytarılması isə 182 "Uzunmüddətli verilmiş borclar" hesabının kredtində və pul hesablarının debetində əks olunur.

Misal. A müəssisəsi B müəssisəsinə 2 il müddətinə illik faiz dərəcəsi 15% olmaqla 250 000 manat borc verib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Borcun verilməsi. 182 "Uzunmüddətli verilmiş borclar" 223 "Bank hesablaşma hesabları" 250 000
2 Verilmiş borca görə 1-ci ilin faiz gəlirinin hesablanması 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 631-1 "Faiz gəliri" 37 500
3 1-ci ilin hesablanmış faiz gəlirinin B müəssisəsi tərəfindən ödənilməsi 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 37 500
4 Verilmiş borcun qaytarılması. 223 "Bank hesablaşma hesabları" 182 "Uzunmüddətli verilmiş borclar" 250 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!