221 Kassa221 N-li "Kassa" hesabı müəssisənin kassasındakı pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Kassa əməliyyatlarının aparılma və rəsmiyyətə salınma qaydaları müvafiq normativ sənədlərlə nizamlanır. 221 N-li "Kassa" hesabının debetində müəssisənin kassasına pul vəsaitlərinin daxil olması, kreditində isə onların kassadan ödənilməsi (verilməsi) əks etdirilir. Qanunvericilikdə icazə verilən hallarda müəssisə xarici valyuta ilə kassa əməliyyatları apararsa, onda nağd xarici valyutanın hərəkətini ayrıca uçota almaq üçün
221 N-li "Kassa" hesabının tərkibində müvafiq subhesablar açılır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!