413 Uzunmüddətli hüquqi öhdəliklər413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabı müəssisənin uzunmüddətli (12 aydan artıq) hüquqi öhdəliklərin uçotu üçün nəzərdə tutulub. Misal üçün, məhkəmə qərarlarından yaranan öhdəliklər. Hüquqi öhdəlik – aşağıdakılardan yaranan öhdəlikdir:
Qiymətləndirilmiş uzunmüddətli hüquqi öhdəliklər ödəndikcə müvafiq müxabirləşmə 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabının debetindən və pul hesablarının (223 "Bank hesablaşma hesabları", 224 "Digər tələbli bank hesabları" və s.)kreditində əks olunur. 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabında istifadə edilməyən məbləğlər mənfəətə aid edilir. Bu zaman, 413 "Uzunmüddətli hüquqi öhdəliklər" hesabının debetində və 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditində müvafiq müxabirləşmə aparılır. Misal. Neft hasilatı ilə məşğul olan müəssisə hasilat bitdikdən sonra ölkə qanunvericiliyinə görə neft quyusunu demontaj etməyə və çirklənmiş ərazini təmizləməyə borcludur. Və müəssisə bu hüquqi öhdəlik üçün əvvəlcədən ehtiyat hazırlayır. Təxmini hesablamalara görə bu ərazidən 5 il müddətində neft hasil ediləcək, ərazinin təmizlənməsi və quyunun demontajına 5 ildən sonra 100 000 manat xərclənəcək. Lakin, 5 ildən sonra ərazinin təmizlənməsi xərcləri 80 000 manat təşkil etmişdir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!