172 Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabı törəmə (asılı) müəssisələrin 12 aydan artıq olan hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabının debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirlər" hesablarının krediti ilə müxabirələşdirilir. 172 "Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları" hesabının krediti daxil olmuş ödənişlər, məqbul edilmiş (zaçot edilmiş) avans məbləğləri, qısamüddətli debitor borcları və s. üzrə pul vəsaitlərini və hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilir. Misal. Müəssisə öz törəmə müəssisəsinə 2 illik kredit ilə 395 300 manat (ƏDV daxil) dəyərində avadanlıq satmışdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!