121 İnvestisiya mülkiyyətinin dəyəri121 N-li "İnvestisiya mülkiyyətinin dəyəri" adlı hesabında müəssisənin torpaq və ya tikililərə yönəldilən uzunmüddətli investisiyaları uçota alınır. Daşınmaz əmlaka investisiyalar (investisiya məqsədli daşınmaz əmlak) dedikdə müəssisənin icarəyə verməklə gəlir əldə etmək üçün və ya gələcəkdə daha yüksək qiymətə satmaq üçün aldığı əmlakdır. Investisiya məqsədli daşınmaz əmlak icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması və yaxud hər iki məqsəd üçün saxlanılır. Investisiya məqsədli daşınmaz əmlaka aid deyidir:
İnvestisiya mülkiyyətinin dəyəri 27 N-li Milli Mühasibat Uçotu Standartında açıqlanmışdır. İnvestisiya mülkiyyətinin dəyəri, müəssisənin əsas fəaliyyət növü investisiya mülkiyyəti ilə bağlı olduğu hal istisna olmaqla, müəssisə tərəfindən onun adi fəaliyyətləri ilə bağlı gəlirin əldə olunması üçün istifadə ediməyyən, həmçinin gələcəkdə satış məqsədi ilə saxlanılan aktivdir. Mühasibat uçotunun hesablar planının 121-ci hesabında belə investisiyalar uçota alınaraq maliyyə hesabatlarında ilkin və ya ədalətli dəyərlə təqdim edilir. 121 saylı "İnvestisiya mülkiyyətinin dəyəri" hesabına aşağıdakı subhesablar açıla bilər:
İlkin dəyər modelinə görə müəssisə investisiya məqsədli daşınmaz əmlakı balansında ilkin dəyər ilə uçota almalıdır. 7 N-li "Torpaq, tikili və avadanlıqlar" Milli Mühasibat Uçotu Standartında olduğu kimi. Daşınmaz əmlakın əsas mahiyyəti həmin əmlakın necə istifadə edilməsindən asılı olduğundan (icarə ödənişlərini əldə etmək və / və ya kapital artımına nail olmaq), əmlakın təyinatının dəyişilməsi onun təsnifatının da dəyişməsinə səbəb olur. Başqa sözlə, müsəəsisə əmlakın hamısından və ya bir hissəsindən biznes məqsədləri ilə istifadə etməyi qərara aldıqda investisiya əmlakı investisiya təyinatını buraxıb "adi" aktiv təyinatına malik ola bilər. Eyni qaydada, "adi" aktiv də investisiya əmlakına çevrilə bilər. Misal. Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bi müəssisəyə 1 illik icarəyə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. Daşınmaz əmlaka investisiyalar müəssisənin uçot siyasıtində ilkin dəyər metodu ilə uçota alınır.
Misal. Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bir müəssisəyə 1 illik icarəyə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. İcarəyə verilən binanın ədalətli dəyəri icarəyə verildikdə 115 000 AZN olmuşdur. Daşınmaz əmlaka investisiyalar müəssisənin uçot siyasətində gələn ildən ədalətli dəyər metodu ilə uçota alınacaq.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2017-06-11 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!