224 Digər tələbli bank hesabları224 "Digər tələbli bank hesabları" hesabında akkreditivlərdə, plastik kartlarda və digər ödəmə sənədlərində(veksellərdən başqa) depozit, cari, ayrı və digər xüsusi hesablarda olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. 224-cü hesaba aşağıdakı subhesablar açıla bilər:
Akkreditiv – Akkreditivlərlə hesablaşmalar – akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırığıdır. Akkreditiv – malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Benefisiar – müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Pul vəsaitlərinin akkreditivlərə köçürülməsi 224-1 "Akkreditivlər" subhesabının debetində, 223-1 "Bank hesablaşma hesabları - Manat", 223-2 "Bank hesablaşma hesabları - ABŞ Dolları", 501 "Qısamüddətli bank kreditləri" və digər müvafiq hesabların kreditində əks etdirilir. 224-1 "Akkreditivlər" subhesabında uçota götürülmüş akkreditivlərdə olan vəsaitlər istifadə olunduqca (bankın çıxarışlarına əsasən), bir qayda olaraq 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabının debetinə silinir. Akkreditivlərdəki istifadə olunmayan vəsaitlər bank tərəfindən onların köçürüldüyü hesaba bərpa olunduqdan sonra 223-1 "Bank hesablaşma hesabları - Manat", yaxud 223-2 "Bank hesablaşma hesabları - ABŞ Dolları" subhesabının debetində və 224-1 "Akkreditivlər" subhesabının kreditində əks etdirilir. 224-2 "Plastik kartlar" subhesabında müəssisəyə məxsus plastik kartlarda olan vəsaitlərin hərəkəti uçota alınır. Plastik kartlara pulların köçürülməsi 224-2 "Plastik kartlar" subhesabının debetində və 223 "Bank hesablaşma hesabları", 501 "Qısamüddətli bank kreditləri" və sair müvafiq hesabların kreditində əks olunur. 224-2 "Plastik kartlar" subhesabında olan pulllar istifadə edildikcə 224-2 subhesabın kreditindən müvafiq xərc hesablarına 721 "İnzibati xərclər", 731 "Sair əməliyyat xərcləri" və ya 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" hesabına siliinir. Plastik kartlarda istifadə edilməyən məbləğlər 224-2 "Plastik kartlar" subhesabından 223 "Bank hesablaşma hesabları" hesabına silinir. Bankda ayrıca saxlanılan məqsədli maliyyələşmə vəsaitlərinin(daxilolmalarının) hərəkəti 224 "Digər tələbli bank hesabları" hesabı üçün açılan ayrı subhesablarda uçota alınır. Belə vəsaitlərə əsasən: sosial müəssisələrin (uşaq baxçalarının, körpələr evinin və s.) saxlanılması üçün valideynlərdən və digər mənbələrdən daxil olan vəsaitlər; müəssisənin xahişi ilə ayrıca hesabda yığılan və xərclənən kapital qoyuluşlarının maliyyələşdirilməsi üzrə vəsaitlər; hökumət orqanlarının maddi yardımları (subsidiyaları) və s. daxildir. Müəssisənin tərkibinə daxil olan ayrıca balansa ayrılmış və cari xərcləri (əmək haqqı, ayrı-ayrı təsərrüfat xərcləri, ezamiyyə məbləğləri və s.) həyata keçirmək üçün yerli banklarda cari hesablar açılmış filiallar və struktur vahidləri göstərilən vəsaitləri 224 "Digər tələbli bank hesabları" hesabının ayrı subhesabında əks etdirir. Xarici valyuta ilə pul vəsaitlərinin mövcudluğu və hərəkətinin uçotu 224 "Digər tələbli bank hesabları" hesabında ayrıca aparılır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!