711 Kommersiya xərcləri711 "Kommersiya xərcləri" hesabında hazır məhsulun, malların satışı ilə birbaşa bağlı olan xərclər əks olunur. Bu hesaba aşağıdakı subhesablar açıla bilər::
Kommersiya xərclərinin tərkibinə daxil olan qablaşdırma və daşınma xərcləri müvafiq növ məhsulların maya dəyərinə birbaşa əlavə edilir. Bu cür aid etmənin mümkün olmadığı hallarda bu cür xərclər hər ay onların çəkisi, həcmi, istehsal maya dəyəri və planlaşdırma, uçot və məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyası məsələləri üzrə sahə təlimatlarında nəzərdə tutulan digər göstəricilərdən asılı olaraq ayrı-ayrı növ yüklənmiş məhsullar arasında bölüşdürülür. Bütün digər kommersiya xərcləri (qablaşdırma və daşınma xərcləri çıxılmaqla) hər ay yüklənmiş məhsulun (işin, xidmətin) maya dəyərinə aid edilir. Kommersiya xərcləri kənara satılmayan işin, xidmətin maya dəyərinə aid edilir. Kommersiya xərclərinin silinməsi 711 N-li "Kommersiya xərcləri" hesabının
kreditində 601 N-li "Satış» hesabının debeti ilə müxabirələşdirilərək əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!