431 Malsatan və podratçılara uzunmüddətli kreditor borclarıHesablar planının 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" hesabında təchiz olunmuş mallara görə malsatanlara və ya xidmətlərin göstərilməsinə görə podratçılara hesabat tarixindən sonra 12 aydan artıq dövrü əhatə edən müddət ərzində ödənilməli olan kreditor borclar uçota alınır. 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir. Bu müxabirləşmə malsatan və podratçılara alınan malları və işlərə görə ödənişin uzunmüddətli və ya 12 aydan artıq olduğu zaman edilir. Malsatan və podratçılara uzunmüddətli borcların ödənişi 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" hesabının debeti və pul hesablarının krediti üzrə əks olunur. Misal. Müəssisə "Təchizatçı" MMC müəssisəsindən 23 600 manat (ƏDV daxil) dəyərində mallar alıb. Müqavilə şərtlərinə görə malların dəyəri 2 il ərzində "Təchizatçı" MMC-yə ödəniləcək
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!