342 Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlərMüəssisə uçot siyasətini dəyişdikdə, 11 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq yeni uçot siyasəti retrospektiv şəkildə tətbiq edilməlidir. Bu zaman müəssisənin yeni uçot siyasətinin tətbiqi nəticəsində hesabat dövrünün mənfəət və ya zərərinə edilməsi tələb olunan bütün dəyişikliklər Uçot siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər adlı 342-cü hesabda əks edilməlidir. Misal. Müəssisə hesabat ilinin əvvəlindən yeni uçot siyasətinin tətbiqinə başlayıb, və avadanlıqlar qrupuna aid olan obyektlərinin amortizasiyasını azalan qalıq metodundan düz xətt metodu ilə aparmağa başlayıb. Yeni uçot siyasətinə keçirilən zaman, müəyyən edilib ki, keçən illərdə hesablanan amortizasiya ayırmaları 20 000 manat azalmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!