225 Pul vəsaitlərinin ekvivalentləri5 N-li "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat" Milli Mühasibat Uçotu Standartına əsasən, hesablar planının 225-ci hesabı qısa ödəniş müddətinə, yəni əldə olunduğu tarixdən 3 ay və ya daha az ödəniş müddətinə malik olan, pul vəsaitlərinə dərhal çevrilə bilən və pul vəsaitlərinin digər növləri üzrə dəyərin dəyişməsi riskinə cuzi məruz qalan yüksək likvidli qoyuluşlarına aid olunan ümumiləşdirilmlş məlumatları əhatə edir. Pul vəsaitlərinin ekvivalentləri əsasən investisiya və ya digər məqsədlər üçün deyil, qısamüddətli maliyyə öhdəliklərinin həyata keçirilməsi üçün istifadə olunur. İnvestisiyalar pul vəsaitlərinin ekvivalenti kimi təsnifləşdirilmək üçün müəyyən məbləğdə pul vəsaitlərinə asanlıqla çevrilmək qabiliyyətinə malik olmalıdır və dəyərin dəyişməsi nəticəsində əhəmiyyətli riskə məruz qalmamalıdır. Yəni investisiyalar, pul vəsaitlərinin ekvivalenti kimi yalnız o zaman tanınır ki, ilkin tarixdən 3 ay və ya daha qısa müddətli ödəmə müddətinə malik olsun. Pul vəsaitlərinin ekvivalentləri pulları əvəz etmir, lakin onlar elə maliyyə aktivləridir ki, onlar pula dərhal çevrilə bilər. Pul vəsaitlərinin ekvivalentlərinə aşağıdakı aktivləri əlavə etmək olar:
Pul vəsaitlərinin ekvivalentlərinin satılması 611 "Sair əməliyyat gəlirləri" hesabın debetində və 225 "Pul vəsaitlərinin ekvivalentləri" heabının kredetində əks olunur. Misal. Müəssisə pul vəsaitlərinin ekvivalentləri kimi dəyərləndirilən ödənişi 3 ay müddətində olan nominal dəyəri 1 000 manat olan 5 ədəd istiqraz alıb. İstiqrazlar 2 aydan sonra satılaraq pula çevrilib.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!