123 İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması123 №li "İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında investisiya mülkiyyəti üzrə kapitallaşdırılmış məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. 123 №li "İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması" hesabı üzrə aşağıdakı subhesablar açılır:
Alınmış investisiya mülkiyyətinin ilkin dəyəri onun satış qiyməti və bu investisiya mülkiyyətinə birbaşa aidiyyəti olan məsrəflərdən ibarətdir. İnvestisiya mülkiyyəti alış nəticəsində və ya podrat üsulu ilə əldə edildikdə aşağıdakı mühasibat yazılışları verilir:
İnvestisiya mülkiyyəti üzrə birbaşa məsrəflərə aşağıdakılar aiddir:
Bir və ya bir neçə adda investisiya mülkiyyəti qeyri-monetar aktivin və ya aktivlərin və ya monetar və qeyri-monetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alına bilər. Aşağıdakı hallar istisna olmaqla belə investisiya mülkiyyətinin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:
Mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyətinin ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda, onun dəyəri təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilir. Təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün olmadığı hallarda əldə edilmiş investisiya mülkiyyətinin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilir. Mübadilə nəticəsində əldə edilmiş investisiya mülkiyyəti ilə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
Mübadilə üçün verilmiş aktivlər üzrə yığılmış amortizasiya məbləği olduğu hallarda həmin amortizasiya məbləği mübadilə üçün verilmiş aktivin ilkin dəyərindən çıxılır. İnvestisiya mülkiyyətinin təsərrüfat üsulu ilə yaradılması zamanı 123 №li hesabın müvafiq subhesablarının debeti və 102, 112, 201, 204, 205, 207, 241-1, 244, 521, 522, 523, 533 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir. İnvestisiya mülkiyyəti maliyyə icarəsi ilə əldə edildikdə onların ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 121 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı məsrəflər 121 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. İnvestisiya mülkiyyətinin alınması, inşası və ya istehsalı ilə birbaşa əlaqəli olan borclara görə tikinti dövrünün faiz xərclərinə 123 №li hesabın müvafiq subhesablarının debeti və 434, 537 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Sonrakı dövrlərə aid olan faiz xərcləri isə mühasibat uçotu subyektinin xərclərinə aid edilir. İnvestisiya mülkiyyətindən müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində onların demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə mühasibat uçotu subyektinin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcminə 123 №li hesabın müvafiq subhesablarının debeti və 413, 445, 513, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-08 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!