207 Digər ehtiyatlar207 "Digər ehtiyatlar" hesabında 20-ci ehtiyatlar maddəsində olan hesablara daxil edilməyən sair ehtiyatların hərəkəti uçota alınır. Digər ehtiyatlar alındıqda 207 "Digər ehtiyatlar" hesabın müvafiq subhesablarının debeti 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", 538 "Digər qısamüddətli kreditor borcları" hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Digər ehtiyatların silinməsi 202 "İstehsalat xərcləri" və müvafiq hesabların debeti və 207 "Digər ehtiyatlar" hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!