513 Qısamüddətli hüquqi öhdəliklər

513 "Qısamüddətli hüquqi öhdəliklər" hesabı müəssisənin qısamüddətli hüquqi öhdəliklərin (12 aydan az) uçotu üçün nəzərdə tutulub. Misal üçün, məhkəmə qərarlarından yaranan öhdəliklər.

Hüquqi öhdəlik – aşağıdakılardan yaranan öhdəlikdir:

  • müqavilə (onun açıq-aydın və ya qizli şərtləri vasitəsilə);
  • qanunvericilik; və ya
  • hüquqi normaların başqa təsirinə görə.
Qiymətləndirilmiş qısamüddətli hüquqi öhdəliklər 513 "Qısamüddətli hüquqi öhdəliklər" hesabının kreditində və 731 "Sair əməliyyat xərcləri" hesabın debetində əks etdirilir.

Qiymətləndirilmiş qısamüddətli hüquqi öhdəliklər ödəndikcə müvafiq müxabirləşmə 513 "Qısamüddətli hüquqi öhdəliklər" hesabının debetindən və pul hesablarının (223 "Bank hesablaşma hesabları", 224 "Digər tələbli bank hesabları" və s.)kreditində əks olunur.

513 "Qısamüddətli hüquqi öhdəliklər" hesabında istifadə edilməyən məbləğlər mənfəətə aid edilir. Bu zaman, 513 "Qısamüddətli hüquqi öhdəliklər" hesabının debetində və 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditində müvafiq müxabirləşmə aparılır.

Misal. Müəssisə satdığı mallarda zay olduğu üçün və müştəriyə maddi və mənəvi ziyan dəydiyi üçün müştəri tərəfindən məhkəməyə verilmişdir. Müəssisənin hüquqşnasının qənaətinə görə müştəri cari ayda bu məhkəmə prosesini udacaqdır, və müəssisə müştəriyə 1500 manat təzminat ödəməli olacaqdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Qısamüddətli hüquqi öhdəliyinin yaradılması 731 "Sair əməliyyat xərcləri" 513 "Qısamüddətli hüquqi öhdəliklər" 1 500
2 Təzminatın ödənilməsi. 513 "Qısamüddətli hüquqi öhdəliklər" 223 "Bank hesablaşma hesabları" 1 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!