442 Gələcək hesabat dövrlərin gəlirləriMüəyyən şərtlər daxilində müəssisələr, gələcək hesabat dövrünün hesabat tarixindən sonrakı dövrlərə aid edilən, lakin cari dövrdə əldə olunmuş gəlirləri (məsələn, faizlər) uçotda əks etdirə bilər. Bu cür gəlirlər 6 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Gələcək hesabat dövrlərin gəlirləri" adlı 442 nömrəli hesabda uzunmüddətli öhdəlik kimi göstərilməli və aid olduğu gələcək dövrdə (dövrlərdə) mənfəət və zərər haqqında hesabatda təqdim edilməlidir. 442 "Gələcək hesabat dövrlərin gəlirləri" hesabında hesabat dövründə alınan, lakin gələcək hesabat dövrlərinə aid olan gəlirlərin hərəkəti uçota alınır. Bu cür gəlirlər icarə, yaxud mənzil haqqı, kommunal xidmətlərinə görə haqq, yük daşınmasına, aylıq və rüblük biletlər üzrə sərnişin daşınmasına görə daxil olmuş pullar, rabitə vasitələrindən istifadə etmək üçün abonement haqqlarıdır. 442 "Gələcək hesabat dövrlərin gəlirləri" hesabının kreditində pul vəsaitlərini, yaxud sair debitor və kreditorlarla hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilməklə, gələcək hesabat dövrünə aid edilən gəlir məbləğləri, debetində isə gəlirin aid olduğu hesabat dövrü başlayanda müvafiq hesablara köçürülən gəlir məbləğləri əks etdirilir. Misal. Müəssisə müştərilərinə internet və IP TV xidmətləri göstərir. Abunəçi ilin əvvəlində bu xidmətlərə abunə olub və müəssisəyə 2 il qabaq 360 manat abunə haqqı ödəyib.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!