504 Qısamüddətli borclarMüəssisə tərəfindən əldə olunan və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borclar "Qısamüddətli borclar" adlı 504 nömrəli hesabda uçota alınır. Vəsaitlərin borc verənlərdən (banklardan başqa) daxil olması, pul vəsaitlərini uçota alan hesabının debetində və 504 "Qısamüddətli borclar" hesabının kreditində əks etdirilir. Alınmış borclar qaytarılan (ödənilən) zaman 504 "Qısamüddətli borclar" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların kreditinə yazılışlar edilir. Alınmış borclar və digər cəlb edilmiş vəsaitlər üzrə faizlər onların aid olduğu dövr üzrə xərc kimi tanınmalıdır. 13 N-li "Borclara aid edilən xərclər" Milli Mühasibat Uçotu Standartına əsasən bəzi faiz üzrə xərclər kapitallaşdırıla bilər. Beləki, əsas vəsaitlərin alınması, tikilməsi və istehsalı ilə birbaşa bağlı olan borclar üzrə faizlər, əsas vəsaitin dəyərinə aid edilməklə kapitallaşdırıla bilər. Misal. Müəssisə qaytarmaq şərti ilə 1 il müddətinə başqa bir müəssisədən 25 000 manat borc alıb. Borc müqaviləsinə əsasən bu borca görə müəssisə illik 15% faiz ödəyəcək.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!