511 İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabında müəssisənin keçmiş işçiləri qarşısında ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan qısamüddətli müavinətlərin və başqa ödənişlərin verilməsi ilə bağlı olan öhdəlikləri uçota alınır. Misal üçün, müəssisədə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr tərəfindən təyin edilmiş müavinətlər. Müəssisənin keçmiş işçilərinə olan qısamüddətli müavinət və öhdəlikləri cari hesabat dövründə 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabının kreditində və 731 "Sair əməliyyat xərcləri" hesabın debetində əks olunur. Müavinətlər və öhdəliklər ödənilərkən müxabirləşmə 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" hesabın debetində və pul hesablarının kreditində aparılır. Misal. Ştatların ixtisar edilməsi nəticəsində müəssisədə çalışan 15 nəfər işçinin müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, AR Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərə orta əmək haqqından az olmamaqla işdəncıxarma muavinəti hesablanmışdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!